Almaniya, Avstriya-Macarıstan və italiyanın daxili olduğu hərbi-siyasi blok. 1879-1882 illərdə formalaşmışdı. Üçlər ittifaqının siyasəti bloka rəhbərlik edən Almaniya imperializminin təcavüzkarlığının artması ilə xarakterizə olunurdu. Bu təcavüzkar siyasət son nəticədə 1914-1918 illər Birinci dünya müharibəsinə (Müharibə) gətirib çıxartdı. Üçlər ittifaqı 1915 ildə italiyanın Antanta bloku tərəfində müharibəyə qoşulması ilə dağıldı.