Uniya (lat. unio - birləşmə). Beynəlxalq münasibətlərdə dövlətlərin ittifaqı, birləşməsidir. Şəxsi Uniya bir monarxın hakimiyyəti altında olur, real Uniya isə - daha güclü dövlətin birtərəfli aktı və ya müqaviləsi əsasında meydana gəlir, ümumi hakimiyyət və idarə orqanlarına malik olur. Uniya deyil, onun tərkibinə daxil olan ayrı-ayrı dövlətlər beynəlxalq hüququn subyektləri hesab olunurlar. Şəxsi Uniyalara Polşa-Litva (1386-1669), İngilis-Hannover (1714-1838), Niderland-Lüksemburq (1815-1890) uniyala- rını, real Uniyalara İsveç-Norveç (1814- 1905), Avstriya - Macarıstan (1867- 1918), Danimarka-islandiya (1918- 1944) uniyalarını misal göstərmək olar.
Real uniya mənasında kilsə Uniyasi katolik və pravoslav kilsələrinin öz ayin və ibadətlərinin saxlanılması zamanı Roma papasının birinciliyini qəbul etmək üçün birləşməsidir.