Beynəlxalq hüquqda bir dövlətin digər dövlətə müəyyən olunmuş müddətdə hər hansı məsələyə dair müəyyən mövqe tutması, müəyyən hərəkət etməsi və ya digər şərtlərin yerinə yetirilməsi üçün diplomatik sənəddə və ya şifahi formada ifadə olunmuş qəti tələbidir. Ultimatumun yerinə yetirilməməsi dövlətə qarşı təzyiq tədbirlərinin tətbiq olunmasına (məs., aparılan danışıqların dayandırılmasına, diplomatik münasibətlərin kəsilməsinə, retorsiyalara, repressaliyalara) gətirib çıxara bilər. Dövlətə qorxutma və hədələrdən ibarət Ultimatum göndərilməsi BMT Nizamnaməsinə görə yolverilməzdir.