+2 👍
120 👀
Cəmiyyət, Siyasət, KİV

Türkmənçay müqaviləsi

1 Ответ

0 👍
10.11.1928ci ildə Azərbaycanın Təbriz şəhəri yaxınlığındakı Türkmənçay kəndində Rusiya və iran dövlətləri adından imzalanmış və Azərbaycan uğrunda gedən 1826-1828 illər Rus-iran müharibəsinə son qoymuşdu. Türkmənçay müqaviləsi Azərbaycanın Naxçıvan və İrəvan xanlıqlarının Rusiya tərəfindən işğalını, bununla da Azərbaycan torpaqlarının və xalqının ikiyə bölünməsini tam rəsmiləşdirdi. Azərbaycanın Araz çayından şimaldakı əraziləri Rusiyanın, cənubdakı əraziləri isə iranın tərkibinə qatıldı.
Türkmənçay müqaviləsinə uyğun olaraq iran Rusiyaya 20 mln. rubl təzminat ödəməli idi. Türkmənçay müqaviləsinə əlavə olunmuş protokola görə bu məbləğ 6 ay müddətində ödənilmədiyi təqdirdə, Azərbaycan bütövlükdə Rusiyanın tabeçiliyinə keçəcəkdi.
Türkmənçay müqaviləsi Rusiyanın Xəzər dənizində, Cülüstan müqaviləsi ilə nəzərdə tutulmuş, hərbi donanma saxlamaq hüququnu bir daha təsdiq etdi. Abbas Mirzə iran taxt-tacının varisi elan edildi.
Türkmənçay müqaviləsinə əlavə olunmuş protokol iran və Rusiya tacirlərinə hər iki ölkədə sərbəst ticarət hüququ verirdi. Rus təbəələri {Təbəəlik) iranda eksterritorial- lıq hüququ alırdılar. Rusiya iran ərazisində konsul yurisdiksiyası hüququ əldə etdi.
Ədalətsiz Türkmənçay müqaviləsi Azərbaycan xalqının rəyi nəzərə alınmadan bağlanmışdı. Onun həyata keçirilməsi nəticəsində irandan və Türkiyədən 140 mindən çox erməni Şimali Azərbaycan ərazisinə köçürülmüşdü ki, bu da regionda etnik vəziyyətin dəyişməsinə, Azərbaycanın bu gün də əzab çəkdiyi erməni separatizminin yaranmasına səbəb olmuşdu.
...