30.1.1923-ci ildə Lozanna konfransında imzalanmışdı. Konvensiya Türkiyə vətəndaşları (Vətəndaşlıq) olan pravoslav əhalinin (yunanların) Yunanıstana, yunan vətəndaşları olan müsəlman əhalinin (türklərin) Türkiyəyə köçürülməsini nəzərdə tuturdu. Köçürülən əhalinin əmlak məsələlərini nizama salmaq qaydaları konvensiyada öz əksini tapmışdı. Köçürmə prosesinə nəzarəti türk, yunan və bitərəf nümayəndələrin daxil olduğu birgə komissiya həyata keçirməli idi.