Troppau konqresi (1820) Müqəddəs ittifaqın 2-ci konqresi. Konqresdə (Beynəlxalq konqres) bu və ya digər ölkədə inqilabi hərəkat baş verəcəyi təqdirdə, həmin ölkə hökumətinin dəvəti olmadan belə, inqilabı yatırtmaq üçün ittifaq üzvləri tərəfindən hərbi müdaxilə təşkil etmək barədə qərar qəbul edildi. Troppau konqresi Neopolitan krallığının Avstriya tərəfindən işğalına razılıq verdi.