Dövlətin xarici vətəndaşa (Xaricilər) və ya vətəndaşlığı olmayan (Vətəndaşsızlıq) şəxsə onun xahişi ilə vətəndaşlıq verməsi. Xarici vətəndaşın və ya vətəndaşlığı olmayan şəxsin Təbəəliyə götürülməsi dövlətin milli qanunvericiliyi ilə müəyyən olunur.
Təbəəliyə götürülmə qaydasında vətəndaşlıq alınması bir dövlətin vətəndaşının digər dövlətin vətəndaşı ilə nikahı zamanı, eləcə də digər dövlətin vətəndaşı olan uşağın övladlığa götürülməsi və optasiya hallarında mümkündür.