+2 гол-в
140 просмотров
от в категории Cəmiyyət, Siyasət, KİV

Şimali Atlantika müqaviləsi təşkilatı (NATO) nədir?

2 Ответы

0 гол-в
от
 
Лучший ответ
1949-ci ildə ABŞ-ın təşəbbüsü ilə 12 ölkənin - ABŞ, Belçika, Böyük Britaniya, Danimarka, İslandiya, İtaliya, Kanada, Lüksemburq, Hollandiya, Norveç, Portuqaliya, Fransa - yaratdığı hərbi-siyasi blok. 1952 ildə Türkiyə ilə Yunanıstan, 1955 ildə Almaniya Federativ Respublikası, 1982 ildə İspaniya NATO-ya daxil oldu. 1966 ildə Şarl de Qoll (Qoll Şarl de) Fransanın NATO-dakı üzvlüyünü saxlamaqla onu təşkilatın hərbi strukturundan çıxardı. NATO üzvü olan ölkələrin imzaladıqları müqaviləyə (Beynəlxalq müqavilə) görə, onlardan birinə qarşı təcavüz, NATO-nun bütün üzvlərinə qarşı yönələn təcavüz kimi qiymətləndiriləcək və NATO təcavüzə məruz qalmış ölkəyə, hərbi qüvvə tətbiqi də daxil olmaqla, hər cürə yardım göstərəcəkdir. Üzv dövlətlər öz aralarında meydana gələ biləcək münaqişələri ancaq sülh yolu ilə nizama salmağı, iqtisadi xarakterli münaqişələrə yol verməməyi və iqtisadi əməkdaşlığı inkişaf etdirməyi öhdələrinə götürdülər.
NATO-nun ali orqanı NATO Şurasının sessiyasıdır. Hərbi komandanlıq müttəfiq dövlətlərin Avropadakı Ali mənzil-qərargahında yerləşir. Bundan başqa NATO tərkibində Müdafiəni Planlaşdırma Komitəsi də fəaliyyət göstərir.
«Soyuq müharibə»’’ illərində NATO SSRİ və Varşava Müqaviləsi Təşkilatına qarşı duran və Qərbin müdafiəsini öz üzərinə götürən bir təşkilat kimi fəaliyyət göstərmişdi. SSRİ-nin və Varşava Müqaviləsi Təşkilatının süqutundan sonra Polşa, Çexiya, Macarıstan NATO-ya daxil oldular.
V.1994 ildə ABŞ prezidenti B.Klinton Avropa dövlətlərinə, Müstəqil Dövlətlər Birliyi (Azərbaycan Müstəqil Dövlətlər Birliyində) məkanında mövcud olan yeni müstəqil dövlətlərə NATO ilə əməkdaşlıq etmək barədə təklif irəli
sürdü. Azərbaycan Respublikası “Sülh naminə tərəfdaşlıq proqramı” adlanan bu təşəbbüsə qoşuldu.
0 гол-в
от
4 aprel 1949-cu ildə qurulmuş hərbi ittifaq "Atlantika paktı" və ya "Atlantika alyansı" da adlanır.
NATO - sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin alyansıdır.

Похожие вопросы

+1 голос
1 ответ
спросил 05 Фев, 20 от аноним в категории Şəxslər, Tarix
+3 гол-в
1 ответ
спросил 04 Фев от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 гол-в
1 ответ
+3 гол-в
1 ответ
спросил 13 Фев от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 гол-в
1 ответ
...