Müharibə təhlükəsinin qarşısını almaq, möhkəm sülhün və beynəlxalq təhlükəsizliyin təmin olunmasına, dövlətlər arasında hərtərəfli əməkdaşlığa yönəlmiş geniş tədbirlərin həyata keçirildiyi region. Nüvəsiz zonada fərqi olaraq Sülh zonası anlayışı daha genişdir və Sülh zonası adlandırılmış regionada nüvə silahının yerləşdirilməsinin qadağan olunması, həmçinin sürətlə silahlanmanın məhdudlaşdırılması, dövlətlərin hərbi iştirak səviyyəsinin azaldılması, xarici hərbi bazaların ləğv edilməsi, dövlətlərin təhlükəsizliyinin siyasi baxımdan təmin olunması da (qüvvədən istifadə olunmaması, Beynəlxalq mübahişələrin sülh yolu ilə həll edilməsi, regional əməkdaşlıq və s.) Sülh zonasına aiddir.