23.IX.1949-ci ildə SSRİ-nin BMT Baş Assambleyasına təqdim etdiyi təklifin adı. Sənəddəki təkliflər ABŞ və Böyük Britaniyada aparılan müharibəyə hazırlığa, atom bombasından və digər kütləvi qırğın silahlarından istifadəyə qarşı yönəlmişdi. Sənəddə eləcə də, təklif olunurdu ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri bu sahədə və beynəlxalq təhlükəsizliyi təmin edən digər sahələrdə səyləri birləşdirmək üçün Sülh paktını qəbul etsinlər. Sülh paktın təklifləri ABŞ və bir sıra başqa ölkələr tərəfindən qəbul edilmişdi.