1994 ildə Brüseldə toplaşan dövlət başçıları yeni əməkdaşlıq strategiyasını qəbul etdilər. Onlar «bütün Avropa ərazisində uzunmüddətli sülhün, sabitliyin və əmin-amanlığın qorunmasına yönəlmiş təşəbbüsləri» Sülh naminə tərəfdaşlıq proqramı çərçivəsində qəbul etdiklərini bəyan etdilər. Bu proqram qısa vaxtda beynəlxalq siyasətin tərkib hissəsinə çevrildi. Sülh naminə tərəfdaşlıq proqramı vahid təşkilat deyildir. O, NATO ilə Rusiyanın da daxil olduğu 25 ölkə arasında ayrı-ayrı razılaşmalar əsasında fəaliyyət göstərir.
Azərbaycan Respublikası Sülh naminə tərəfdaşlıq proqramına 04.V.1994 ildə qoşulmuşdu.