+2 səs
223 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Sionizm nədir?

3 Cavab

+1 səs
 
XIX əsrin sonlarında Avropada yəhudi burjuaziyası daxilində meydana gəlmiş millətçi cərəyan.

Beynəlxalq sionizm.

1897-ci ildə Bazeldə (İsveçrə) yaradılmış “Beynəlxalq sionist təşkilatı” dünyanın bütün yəhudilərinin Fələstin torpağına köçməsini və burada yəhudi dövlətinin yaradılmasını əsas məqsəd kimi elan etmişdir. İsrail dövləti yaradıldıqdan sonra (1948) Sionizm onun əsas ideologiyasına çevrilmişdir. Ərəb ölkələrində mürtəce və qəsbkarlıq siyasəti kimi tanınır.
+1 səs
Xovevey Sion hərəkatının ideyalarını təbliğ edən Natan Birnbraun ilk dəfə 1885 ildə «sionizm» terminini işlətmişdir. Sonradan hərəkata və onun ideologiyasına verilən Sionizm adı öz mənşəyini «Sion» sözündən götürmüşdür. «Sion» Tanaxda (Bibliyada) Yerusəlimə (Qüdsə), Yəhudi çarlığına, bütövlükdə Erets-lsrailə, həmçinin israil xalqına verilən addır. Sionizm Siona qayıtma, yəni yəhudi xalqının və dilinin onun tarixi vətənində inkişaf etdirilməsi uğrunda hərəkatdır. Siyasi Sionizmin atası hesab edilən Teodor Qertsl 1896 ildə yazdığı «Yəhudi dövləti» kitabında təsdiq edirdi ki, antisemitizm problemini ancaq yəhudi dövləti yaratmaq yolu ilə həll etmək olar. 1897 ildə birinci sionist konqresi (Beynəlxalq konqres) çağırıldı və T. Qertsl başda olmaqla sionist təşkilatı yaradıldı.
+1 səs
İsaiyanın hakimiyyəti dövründə (e.ə. 638–609-cu illər) bütün siyasi və dini hakimiyyət Yerusəlimdə (Qüds) cəmləşmişdi. E.ə. 586-cı ildə Navuxodonosor İudeya çarlığını darmadağın etdikdən və Yerusəlim xarabalığa çevrildikdən sonra belə, Babilistanda sürgündə olan yəhudilərin fikri yenə də itirdikləri müstəqilliklərinin rəmzi olan Yerusəlimdə, onun məbədində idi.

E.ə. 538-ci ildə Əhəməni şahı II Kir Babilistanı işğal etdikdən sonra yəhudilərə Yerusəlimə qayıdaraq məbədlərini bərpa etməyə icazə verdi. Onlar elə də etdilər. İkinci məbəd 70-ci illərdə romalılar tərəfindən məhv edilənə qədər yəhudi dininin və bütün yəhudilərin ümidlərinin mərkəzi olaraq qaldı. Bundan sonra yenidən torpaqlarından didərgin düşmüş yəhudilər, hər şeyə rəğmən, onlar üçün uzaq məqsəd, ümid və arzu olan Yerusəlimi də, məbədi də unutmadılar.

Məbəd Sion dağı üzərində ucaldığından yəhudi çarlığının poetik adı da Sion oldu. 1896-cı ildə əsası Avstriya-Macarıstandan olan yəhudi Teodor Hersl tərəfindən qoyulmuş və məqsədi yəhudiləri Yerusəlimə qaytarmaq olan müasir hərəkat sionizm adlanır. (Ayzek Azimov. Sözlərin tarixi)

Oxşar suallar

0 səs
2 cavab
soruşub 19 Mayda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
2 cavab
soruşub 28 Martda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
2 cavab
soruşub 01 Martda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
4 cavab
soruşub 07 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
3 cavab
soruşub 18 Oktyabrda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...