+2 гол-в
117 просмотров
от в категории Cəmiyyət, Siyasət, KİV

Sərhəd çayları nədir?

1 Ответ

0 гол-в
от
Dövlət sərhədinin keçdiyi çaylardır. Sərhəd çaylarına Oder, Elba, Prut, Amu Dərya və s. çaylar aiddir. Müasir beynəlxalq hüquq normalarına uyğun olaraq Sərhəd çayları sahil dövlətlərin ərazisinin bir hissəsidir: sahil dövlətin suverenliyi Sərhəd çaylarının həmin dövlətə məxsus olan sahili və dövlət sərhədi xətti arasında olan hissəsinə aid edilir.
Beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmamışdırsa, gəmiçilik üçün yararlı olan Sərhəd çaylarıda sərhədlər bir qayda olaraq, çayın baş farvaterinin ortası üzrə və ya talveq üzrə (çay dibinin ən dərin nöqtələrini birləşdirən xətt uzrə) müəyyənləşdirilir. Müqavilə qaydasında gəmiçiliyin sərhəd xətti keçməsindən asılı olmayaraq farvater iızrə həyata keçirilməsi nəzərdə tutulur, gəmiçilik üçün yararlı olmayan Sərhəd çaylarıda (kiçik çaylarda) sərhəd xətti, adətən, onların ortası uzrə və ya çayın əsas qolunun ortası üzrə müəyyən edilir. Sərhəd çayları üzrə sərhədlərin müəyyən edilməsi ilə eyni vaxtda adaların aidiyyəti müəyyən edilir. Tərəflər arasında başqa hal nəzərdə tutulmadıqda, sərhəd talveq üzrə müəyyən edildikdə adaların mənsubiyyəti də talveq xətti üzrə müəyyən edilir. Sərhəd xətti çayın mənsəbinin ortasından keçdikdə adalar maraqlı dövlətlər arasında razılığa əsasən, bu və ya digər sahilə meylli olmasına gorə bölünür.
Sərhəd çaylarıda sərhəd xəttləri təsadüflər (məs; sərhəd çayın ortasından keçərsə onun yeri dəyişdikdə) nəticəsində əvvəlcə müəyyən edilmiş xətlərdən kənar çıxdıqda dövlətlər aşağıdakı prinsipi rəhbər tuturlar: sərhəd xətti çayın mənsəbinin ortasının təbii dəyişməsinə uyğun olaraq dəyişir. Başqa razılıq olmadıqda bu zaman adaların mənsubiyyəti dəyişmir.
Sərhəd çaylarının mənsəbinin özü dəyişdikdə sərhəd xətti keçmiş mənsəbin olduğu yerdən keçir. Maraqlı dövlətlərdən hər biri çayın köhnə mənsəbinə qayıtması üçün tədbirlər görə bilər. Bu mümkün olmadıqda dövlət ya qurumuş sərhəd sahəsini demarkasiya edir, ya da şərtləşirlər ki, sərhəd yeni mənsəbdən keçəcəkdir. Tərəflərin qarşılıqlı sazişinə görə Sərhəd çaylarıda sərhəd xətlərinin yeni vəziyyətini qeydə alırlar.
Sərhəd çayları yalnız sərhəd dövlətləri tərəfindən və başqa razılıq yoxdursa, yalnız sərhəd xəttinə qədər təsərrüfat məqsədilə istifadə edilir. Ancaq gəmiçilik üçün yararlı olan Sərhəd çayları da başqa qaydalar müəyyən edilməmişdirsə, hər iki dövlətin gəmiləri gəmiçilik sahəsi daxilində sərhəd xəttinin necə keçməsindən asılı olmayaraq çayın baş farvate- rindən bərabər əsaslarla istifadə edirlər.
Qəza və ya təbii fəlakət (duman, buz və s.) istisna olmaqla, farvater və xarici dövlətin sahili arasındakı sulara yalnız həmin dövlətin razılığı ilə girmək olar. Qonşu dövlətlər, adətən, öz aralarındakı Sərhəd çaylarıdan istifadə haqqında xüsusi sazişlər bağlayırlar. Bu sazişlərdə gəmiçilik qaydaları, balıqçılıq şərtləri, ağac axıdılması, hidreonerjidən istifadə qaydaları və s. nəzərdə tutulur.
Sərhəd çaylarıdakı körpülərdə, bəndlərdə və digər tikililərdə sərhəd bir qayda olaraq, suda sərhədin keçməsindən asılı olmayaraq bu tikililərin ortası üzrə və ya texnoloji özül üzrə keçir. Bəzən körpülər tamamilə bir dövlətə aid olur.

Похожие вопросы

+2 гол-в
1 ответ
спросил 19 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 гол-в
1 ответ
спросил 19 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 гол-в
1 ответ
спросил 19 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 гол-в
1 ответ
спросил 19 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+3 гол-в
1 ответ
спросил 09 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
...