Səfirliklər və ya diplomatik missiyalar digər dövlətin razılığı ilə, həmin dövlətin başçısı yanında daimi nümayəndəlik kimi •əsıs edilir. Bunlara öz dövlətinin fövqə-adə hüququna malik olan S.n. başçılıq edir. Başqa sözlə, öz ölkəsinin yüksək diplomatik maraqlarını təmsil edən ali 'utbəli diplomat Səlahiyyətli nümayəndədir. Səfirlik və ya missiyaya rəhbərlik edən Səlahiyyətli nümayəndə yerləşdiyi ölkədə iki dövlət arasındakı bütün məsələlərdə (siyasi, iqtisadi, mədəni, hərbi və s.) həlledici hüquqa malik Səlahiyyətli nümayəndədir. Səlahiyyətli nümayəndə, nümayəndəliyi göndərən hökumətlə yerləşdiyi ölkə hökuməti arasında əsas vasitəçidir. Səlahiyyətli nümayəndəin öz olkə dövlət başçısı və ya hökuməti adından danışmaq, qərar qəbul etmək hüququ vardır.