+2 səs
49 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Səlahiyyətlər (beynəlxalq hüquqda) nədir?

1 cavab var:

0 səs
İçərisində qeyd edilmiş şəxsin və ya şəxslərin danışıqlar aparmaq, beynəlxalq müqaviləyə imza atmaq, beynəlxalq konfransda iştirak etmək, dövləti beynəlxalq hökumətlərarası təşkilatda təmsil etmək və s. hüququna şahidlik edən sənəd. Səlahiyyətlərin mətnində həmin şəxsə bu Səlahiyyətləri verən şəxs, səla-hiyyətləndirilən şəxsin adı. soyadı, atasının adı, rütbəsi və ya vəzifəsi, müqavilənin adı və ya danışıqların predmet və məqsədi, beynəlxalq təşkilatın acı və s. göstərilir, ikıərəflı müqavilələri imzalayan zaman tərəflər adətən oz Səlahiyyətlərıni təqdim edirlər. Çoxtərəfli müqavilələr imzalanan zaman Səlahiyyətlər depozıtarıyaya (Depozitar) verilir. Beynəlxalq çoxtərəf ı konfranslarda Səlahiyyətləri yoxlamaq uzrə xüsusi komitə yaradılır, dövlətlərin beynəlxalq təşkilatlardakı nümayəndələri Səlahiyyətləri təşkilatın baş inzibati şəxsinə təqdim edir (BMT-nin Baş Katibinə, YUNESKOmun Baş Direktoruna və s.).
Ümumi qəbul edilmiş təcrübəyə əsasən dövlət başçısı və hökumət başçısı, xarici işlər orqanlarının rəhbərləri, eləcə də - öz səlahiyyətləri daxilində - diplomatik təmsilçilərin rəhbərlərinin xüsusi səlahiyyətlər təqdim etmədən danışıqiar aparmaq və beynəlxalq müqavilələr imzalamaq hüququ vardır.
Azərbaycan Respublikasında Səlahiyyətlərin verilməsi Azərbaycan Respublikasının 1995 il tarixli «Beynəlxalq müqavilələrin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında» Qanunu və həmçinin Azərbaycan Respublikasının Prezidentinin 1996 ildə verdiyi «Azərbaycan Respublikasının təsisatlararası beynəlxalq müqavilələri bağlaması, icrası və ləğv edilməsi qaydalarının təsdiq edilməsi haqqında» Fərmanı ilə tənzimlənir. Beynəlxalq danışıqların aparılması və Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin imzalanması üzrə Səlahiyyətlər Azərbaycan Respublikasının Prezidenti tələfindən veıirlir.

Oxşar suallar

+1 səs
1 cavab
+3 səs
1 cavab
soruşub 16 Apreldə, 20 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
+3 səs
1 cavab
soruşub 16 Apreldə, 20 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...