+2 səs
44 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Sevr sülh müqaləsi

1 cavab var:

0 səs
Sevr sülh müqaləsi (1920). 10.VIII. «Antanta» və ona qoşulmuş ölkələrlə sultan Türkiyəsi arasında imzalanmışdı və Türkiyə ərazisinin bölüşdürülməsini nəzərdə tuturdu. Müqavilənin (Beynəlxalq müqavilə) şərtlərinə görə, Ədirnə daxil olmaqla, Şərqi Frakiya, Dardanel boğazının Avropa sahili, Qallipol yarımadası və İzmir Yunanıstana verildi, istanbul Türkiyənin tərkibində saxlanıldı, lakin Türkiyə müqaviləni yerinə yetirməkdən yayındığı təqdirdə bu məsələyə yenidən baxılması nəzərdə tutulurdu. Bosfor və Dardanel boğazları neytral zona elan olundu, onlar üzərində nəzarət beynəlxalq «boğazlar üzrə komissiya»ya keçdi. Suriya, Livan, Fələstin və Mesopotamiya Mandat idarəçiliyinə verildi. Türkiyə Ərəbistan yarımadasındakı ərazilərindən məhrum edildi və Hicaz krallığını tanımağı öhdəsinə götürdü. Türkiyənin Ermənistanla olan sərhədi (Dövlət sərhədləri) ABŞ prezidentinin qərarı ilə müəyyənləşməli idi. Türkiyənin şərqində Gürcüstan muxtar vilayəti yaratmaq nəzərdə tutulurdu. Misir üzərində Böyük Britaniyanın protektoratı (Qəyyumluq), Mərakeş və Tunis üzərində Fransa protektoratı yaradıldı. Türkiyə, Liviya və Sudana olan hüquqlarını itirdi. Dodekaness adalarına olan hüquqlarını isə İtaliyaya verdi. Böyük Britaniya, Fransa və İtaliya nümayəndələrindən ibarət Komissiya Türkiyənin maliyyəsi və büdcəsi üzərində nəzarəti həyata keçirməli idi. Türkiyə nümayəndəsi bu komissiyada məşvərətçi səsə malik idi. Türkiyənin Almanıya, Avstriya, Bolqarıstan, Macarıstan, Rusiya və ərazisi əvvəllər Rusiyaya daxıl olmuş istənilən dövlət və hökumətlə bağladığı müqavilələr ləğv edildi. Türkiyənin silahlı qüvvələri 50 min əsgər və zabitdən çox ola bilməzdi. Ədalətsiz olan Sevr sülh müqaləsisi Türkiyə hökuməti tərəfindən rədd edildi və milli- azadlıq hərəkatının genişlənməsinə səbəb oldu.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 21 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
+2 səs
2 cavab
+2 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 20 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...