+2 səs
43 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Separat sülh nədir?

1 cavab var:

0 səs
Separat sülh (lat. separatus - ayrıca). Koalisiyanın və ittifaqın bir və bir neçə iştirakçısı arasında digər üzvlərdən gizlin və ya onların iştirakı olmadan və ya onların razılığının əksinə müharibə vəziyyətində olduqları düşmən dövlətlə sülh müqaviləsi və ya barışıqdır.
Koalisiyanın iştirakçısı olan dövlətlər ümumi düşmənlə silahlı mübarizə apararaq, bir qayda olaraq Separat sülh bağlamamaq barədə qarşılıqlı öhdəlik götürürlər. Məs; 1939-1945 illərdə koalisiyanın iştirakçısı olan 26 dövlətin an- tihitler nümayəndəsi. 01.1.1942 ildə Vaşinqtonda BMT Deklarasiyasını imzaladılar. Bu deklarasiyaya uyğun olaraq, onlar öz üzərlərinə «düşmənlə Separat sülh barışıq bağlamamaq» öhdəliyi götürdülər. SSRİ və Böyük Britaniya arasında 26.V.1942 il tarixli Müqavilədə də Separat sülh bağlamaqdan imtina nəzərdə tutulurdu.
israilə qarşı mübarizə aparan digər ərəb ölkələrinin etirazına baxmayaraq, bağlanmış 1979 il Misir-israil «sülh müqaviləsi» (Kemp-Devid) separat müqavilədir.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 19 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 19 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 19 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...