Ağqoyunlu dövlətinin siyasi həyatında mühüm rol oynamış. Uzun Həsənin anası, Azərbaycanın ıık diplomat qadını olmuşdu. Ağqoyuniu dövlətinin möhkəmləndirilməsində yaxından iştirak etmiş, ağqoyunluların xarici siyasətinin müəyyənləşməsində əsas rol oynamış, Uzun Həsənin ən məsul diplomatik tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirmişdi. Sara Xatunnun Osmanlı sultanı II Mehmətlə 1461 ildə bağladığı Yassıçəmən müqaviləsi (Beynəlxalq müqavilə) Ağqoyunluların dövlət müstəqilliyinin saxlanmasında mühüm rol oynamışdı. Sultan II Mehmet Trabzon imperatorluğuna son qoyduqda Sara Xatun gəlini, Trabzon hökmdarının qızı Despina xatunun (Teodora) vərəsəliyini irəli sürüb Trabzon xəzinəsini bölüşdürməyə müvəffəq olmuşdu 1468 ildə Teymuri Əbu Səidlə danışıqlar aparan Ağqoyuniu elçilərinə də S.x başçılıq etmişdi. Azərbaycana göndərilən Avropa (xüsusilə Venetsıya) elçilərinə verilən məxfi təlimatlarda mütləq Sara Xatunla görüşmək və onun saraydak nüfuzundan istifadə etmək tapşırılırdı.