San-Fransisko konfransı (1945). 25.IV-26.VI. keçirilmişdi. Konfransın (Beynəlxalq konfranslar) işində iştirak etmiş 50 dövlət tərəfindən, beynəlxalq sülhün və əməkdaşlığın möhkəmləndirilməsi məqsədilə yaradılan Birləşmiş Millətlər Təşkilatının BMT Nizamnaməsi imzalandı. Nizamnamənin əsasını xalqların suveren (Suverenlik) bərabərliyi və öz müqəddəratını təyin etmək, zor tətbiqi ilə hədələməkdən imtina etmək, dövlətlərin daxili işlərinə qarışmamaq (Qarışmamaq prinsipi), sülhü və beynəlxalq təhlükəsizliyi qoruyub saxlamaq, beynəlxalq əməkdaşlığı inkişaf etdirmək kimi prinsiplər təşkil edir. San-Fransisko konfransında Beynəlxalq Məhkəmə yaradıldı.