+2 səs
150 baxış
Şəxslər, Tarix bölməsində

Rusiyada vətəndaş müharibəsi və xarici müdaxilə

1 cavab var:

0 səs
Rusiyada vətəndaş müharibəsi və xarici müdaxilə (1917- 1922). 07.XI.1917 ildə Petroqradda Müvəqqəti hökuməti devirən bolşeviklər Sovet hakimiyyətini elan etdilər. A.F. Kerenski və P.N.Krasnovun, A.M Kaledinin, A.i. Dutovun əksinqilabi çıxışları Qırmızı qvardiyaçılar tərəfindən yatırıldı. Xarici müdaxilə (III-IV.1918 il amerikan-ingilis desantı Murmanska, yapon qoşunları isə Vladivostoka çıxarıldı) və V.1918 Antantanın təşkil etdiyi Çexoslovakiya korpusunun qiyamı daxili əksinqlabı fəallaşdırdı. Ölkə ərazisinin 3/4 hissəsi əksinqlabçıların və xarici müdaxiləçilərin əlinə keçdi. Birinci dünya müharibəsinin qələbə ilə başa vuran Antanta müdaxiləni genişləndirdi. ingilis-fransız hərbi gəmiləri Qara dənizə daxil oldu. Sibirdə Kolçakın, Cənubda Denikinin, Şimalda Yudeniçin əksinqlabi rejimləri yaradıldı.
Almaniyada noyabr inqlabından sonra sovet hökuməti Brest sülhünün (Brest-Litovsk (Brest) sülh müqaviləsi) qüvvədən düşdüyünü bildirdi. III- V.1919 ildə Qırmızı ordu Kolçak, Denikin və Yudeniçin birgə hücumunu dəf etdi. 1919-1920 illərdə Qırmızı ordunun əks hücumu ilə Ural, Sibir, Rusiyanın cənubu və şimalı azad edildi. Vrangelin və Polşa ordusunun hücumları dəf edildi. 1921-1922 illərdə Kronştatda, Tambovda bolşevik diktaturasına qarşı olan çıxışlar yatırıldı. Rusiyada qalib gələn bolşeviklər tərəfindən eyni zamanda Zaqafqaziyanın, Orta Asiyanın, Pribaltikanın, Ukraynanın, Belorusiyanın işğalı həyata keçirildi.

Oxşar suallar

+3 səs
1 cavab
+3 səs
1 cavab
+3 səs
1 cavab
+3 səs
1 cavab
...