Regional sazişlər, iştirakçıları hər hansı coğrafi raoynun dövlətləri olan çoxtərəfli beynəlxalq müqavilələrdir. Regional sazişlərin başlıca məqsədi bu coğrafi rayonda danışığa gələn tərəflərin bu və ya digər sahədə əməkdaşlığını təmin etməkdir.
BMT Nizamnaməsinə müvafiq olaraq Regional sazişlər BMTnin məqsəd və prinsiplərinə uyğun olmalıdır. Regional səviyyədə sülhü və beynəlxalq təhlükəsizliyi təmin etmək məqsədilə yaradılmış Regional sazişlər iştirakçıları Regional sazişlər və ya onur əsasında formalaşmış orqanlar vasitəsilə yerli mübahisələri dinc yolla həl’ etməyə nail olmaq üçün bütün səylərin; göstərməlidirlər. Regional sazişlər iştirakçıları mübahisələrin həll olunmasında BMT Təhlükəsizlik Şurasına müraciət edə bilərlər.
Zəruri hallarda TŞ Regional sazişlərdən və onun orqanlarından öz rəəhbərliyi altında məcburi tədbirlərdə istifadə edə bilər.
TŞ-na Regional sazişlər və regional orqanların həyata keçirdiyi və ya nəzərədə tutduğu hərəkətlər barədə həmişə tam məlumat verilməlidir.