+2 səs
79 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Referendum nə deməkdir?

3 Cavab

+1 səs
 
Referendum (lat. referendum - xəbər verilməli olan). Demokratiyanın mühüm institutlarından biridir. Seçkilərdən fərqli olaraq referendum zamanı seçim obyekti müəyyən vəzifəyə namizəd və ya namizədlər siyahısı deyil, müəyyən məsələdir. Referendum qanun, qanun layihəsi, yeni konstitusiya, konstitusiyaya düzəliş, bu ölkənin beynəlxalq statusuna aid problem, daxili siyasi problem və digər vacib qərarların qəbul edilməsi və ya onlara dəyişikliklər edilməsi ilə əlaqədar keçirilən ümumxalq səsverməsidir. Özünəməxsus forması plebissitdir.
+1 səs
Konstitusiya, qanunvericilik, habelə daxili və xarici siyasət sahəsində ən mühüm məsələlər üzrə qərarların ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi üsulu.

Konstitusiya referendumunda anayasa layihəsi və ya ona dəyişikliklər, qanunvericilik referendumunda yeni qanun layihəsi, yaxud onun başlıca müddəaları səsverməyə çıxarılır. Referendum birbaşa demokratiyanın elementlərindən sayılır. Ümumxalq səsvermələrinin keçirilmə qaydaları xüsusi normativ aktlarla nizamlanır
+1 səs
Xüsusi əhəmiyyətli dövlət məsələlərinin həlli üçün keçirilən ümumxalq səsverməsi, ümumi rəy sorğusu.
Referendumda səsvermə.

Referendum, adətən, ərazi, konstitusiya dəyişikliyi və s. mühüm məsələlərin həllində xalqın bilavasitə iştirakını təmin etmək üçün keçirilir. İlk referendum 1439-cu ildə İsveçrədə keçirilmiş, sonralar ümumxalq səsverməsi forması kimi Avropanın başqa ölkələrində də yayılmışdır.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 18 Yanvarda, 20 anonim Qanun, Hüquq bölməsində
+3 səs
2 cavab
soruşub 12 Apreldə anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
2 cavab
soruşub 10 Martda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 03 Martda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
3 cavab
soruşub 25 Fevralda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...