Ratifikasiya (lat. ratus - həll olunmuş, təsdiq olunmuş və focere - etmək). Dövlətin ali hakimiyyət orqanları tərəfindən imzalanmış beynəlxalq müqavilənin təsdiq edilməsidir. Ratifikasiya fərmanı adlanan xüsusi akt formasında tərtib olunur və çoxtərəfli müqavilənin Ratifikasiyası zamanı müqavilədə müəyyən olunmuş dövlətə-depozitariyə saxlanılmağa (depozitar) verilir, ikitərəfli müqavilənin Ratifikasiyası zamanı müqavilə iştirakçıları arasında Ratifikasiya fərmanları mübadilə edilir. Əgər ikitərəfli müqavilə müqavilə iştirakçılarının birinin paytaxtında imzalanarsa, Ratifikasiya fərmanları ilə mübadilə digər iştirakçı dövlətin paytaxtında baş verir. Ratifikasiyafərmanında göstərilir ki, müqavilə onun orqanı vasitəsilə təsdiq olunmuşdur, sonra bir qayda olaraq müqavilənin özünün mətni gəlir; göstərilir ki, bu dövlət tərəfindən müqaviləyə əməl olunacaqdır, bundan sonra imza və dövlət möhürü qoyulur. Çoxtərəfli müqavilələrə qoşulduqda və və onları Ratifikasiyaedən zaman dövlət müqavilənin ayrı-ayrı müddəalarına dair qeyd edə bilər.
Dövlət onun nümayəndələri tərəfindən imzalanmış müqavilənin Ratifikasiyadan imtina edə bilər, bu zaman onun bu hərəkəti qeyri-qanuni sayıla bilməz.
Adətən müqavilələrdə Ratifikasiyanın müddəti haqda maddələr olmur. Buna görə də çox vaxt müqavilələr gec Ratifikasiyaolunurlar.