16.IV.1922-ci ildə Genuya konfransı zamanı Ra- pallo şəhərində (İtaliya) RSFSR və Almaniya arasında imzalanmışdır. R.m.-nə görə hər iki dövlət arasında dərhal diplomatik münasibətlər bərpa olunmalı idi. Almaniya Sovet hökumətinin milliləşdirdiyi, Almaniyaya və onun vətəndaşlarına məxsus mülkiyyət barədə iddialarından əl çəkdi. Ticarət münasibətləri ən əlverişli prinsiplərə əsaslanmalı idi. 05.XI.1922 ildə Berlində imzalanan sazişə əsasən R.m. digər sovet respublikalarına da aid edildi. R.m. ilə kapitalist ölkələrinin Sovet Rusiyasına qarşı vahid cəbhəsi yarıldı.