0 səs
308 baxış
Qanun, Hüquq bölməsində

Prosedur qaydaları nədir?

1 cavab var:

0 səs
Beynəlxalq konfransların və beynəlxalq hökumətləra- rası təşkilatların və qeyri-hökumət təşkilatları (Beynəlxalq hökumətlərarası təşkilatlar; Beynəlxalq qeyri-hökumət təşkilatları; Beynəlxalq təşkilatlar) orqanlarının sessiyalarının çağırılması və keçirilməsi qaydalarının, onların işinin təşkilini, başlıca orqanlarının seçilməsi prosedurasını, konfransların (təşkilatların) gündəliyində duran məsələlərin müzakirə metodları, eləcə də bunlara dair qərarların işlənib hazırlanma və bəyənilməsi qaydalarını tənzimləyən normaların və qaydaların məcmusudur: bəzən də reqlament adlandırılır.
Prosedur qaydalarının işlənib hazırlanması bir qayda olaraq konfransın hazırlıq orqanı (təşkilatın köməkçi orqanı) tərəfindən həyata keçirilir, konfransın plenar iclasında (orqanında) isə təsdiq olunur. Beynəlxalq təşkilatların daha mühüm prosedur məsələləri (səs vermə qaydası, yeni üzvlərin qəbul edilməsi və s.) onların nizamnamələrinə əsasən həll edilir, Prosedur qaydaları isə müvafiq nizamnamə maddələrini konkretləşdirir. Prosedur qaydaları beynəlxalq konfranslar və təşkilatların müntəzəm, səmərəli, operativ fəaliyyətini təmin etməyin mühüm vasitəsidir.
Prosedur qaydaları konfransların (orqanların sessiyaları) keçirilməsi və yeri haqda, iştirakçı dövlətlərin nümayəndəliyi (o cümlədən onların nümayəndələrinin səlahiyyətləri), bu foruma çağırılmış beynəlxalq təşkilatların nümayəndələrinin, müşahidəçilərin hüquqları, vəzifəli şəxslərin seçilməsi və vəzifələri haqda katibliyin fəaliyyəti, köməkçi orqanların yaradılması və işçi dilli, konfransın (orqanın) sənədləri, gündəliyin təsdiqi, iclasların keçirilməsi, təkliflərin nəzərdən keçirilməsi, daxil edilməsi və eləcədə Prosedur qaydalarına düzəlişlər edilməsi haqda müddəalardan ibarətdir.
Çoxlu sayda iştirakçıları olan konfranslarda başlıca məsələyə dair qərarların qəbul olunması üçün ixtisaslaşdırılmış əksəriyyət tələb olunur (məsələn, səsvermədə olan və iştirak edən nümayəndələrin 2/3 və ya 3/4). Bəzi konfranslar və orqanlar qərarları konsensus əsasında qəbul edirlər. Bəzən bir konfransın gedişində xarakterindən asılı olaraq qərarların qəbul edilməsində müxtəlif qaydalardan istifadə edilir. Bir sıra beynəlxalq təşkilatlarda «Ölçülmüş» səsvermə metodu tətəbiq edilir (hər bir iştirakçı onun bu təşkilata verdiyi maliyyə dəstəyinə proporsional olaraq bir neçə səsə malikdir). Prosedur məsələlərinə dair qərarların qəbul olunmasında adətən səslərin sadə əksəriyyəti kifayət edir (50%+1). BMT Təhlükəsizlik Şurası prosedur məsələləri istisna olmaqla bütün məsələlərə dair qərarları Şuranın bütün daimi üzvlərinin uyğun gələn səsləri də daxil olmaqla doqquz səslə (yekdil) qəbul edir.
Prosedur qaydalarına əməl olunmasına konfransın (beynəlxalq təşkilat orqanının) sədri nəzarət edir. Prosedur qaydalarının bu və ya di gər müddəalarının tətbiq edilməsi ilə əlaqədar fikir ayrılıqları meydana gəldikdə mübahisəli məsələ konfrans iştirakçıları (orqanın üzvləri) tərəfindən həll edilir.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 25 Dekabrda, 20 anonim Tibb, Sağlamlıq bölməsində
0 səs
1 cavab
+1 səs
1 cavab
soruşub 05 Oktyabrda, 21 anonim
0 səs
0 cavab
soruşub 17 İyulda, 21 anonim
...