Presedent (lat. praecedens - əvvəlki, əvvəldə gedən). Beynəlxalq hüquqda - beynəlxalq münasibətlərin hər hansı bir məsələsinin beynəlxalq hüququn ümumi prinsipləri və normalarına uyğun olması şərtilə digər analoji hadisələrin nəzərdə keçirilməsində nümunə kimi istifadə edilə bilən həlli üsulu.
Beynəlxalq hüquqi Presedent təkcə məhkəmə orqanlarının qərarlarına aid edilmir. O beynəlxalq hüququn mənbəyi hesab edilmir. Buna baxmayaraq Beynəlxalq Məhkəmə Presedentdən köməkçi vasitə kimi istifadə edə bilər.
Presedent yeni müqavilə normalarının və beynəlxalq qaydaların meydana gəlməsinə müəyyən təsir göstərir.