18.111. Avstriya, Böyük Britaniya, Fransa, Prussiya, Rusiya, Sardiniya və Türkiyə arasında imzalandı və 1853-1856 illər Krım müharibəsinə son qoydu. Müqavilənin (Beynəlxalq müqavilə) şərtlərinə görə Qara dənizin silahsızlaşdırılması və neytrallaşdırılması elan olundu, Qara dəniz boğazları üzrə London konvensiyası (London konvensiyaları) təsdiq edildi, Qars Türkiyəyə qaytarıldı, Dunayın mənsəbi və Cənubi Bessarabiy- anın bir hissəsi Moldaviya knyazlığına verildi, Türkiyə sultanlığından vassal (Vassal dövlət) asılılığında olan Moldaviya və Valaxiya knyazlıqlarının mövcudluğu təsdiq edildi, Osmanlı imperiyasının ərazisi (Dövlətin ərazisi) toxunulmaz elan edildi.