Pakt (lat. pactum - razılaşma, saziş). Qarşılıqlı kollektiv təhlükəsizliyin, qarşılıqlı yardımın, hücum etməməyin və s. təmin olunması kimi məsələləri nizamlayan və ya dövlətlərin konkret əməkdaşlıq sahələri üçün başlıca əhəmiyyətə malik prinsip və normaları müəyyən edən ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilədir.