Nunsi (lat. nuntius - elçi, nümayəndə). Roma papasının Vatikanın diplomatik münasibətlər qurduğu dövlətlərdə diplomatik nümayəndəsidir. Diplomatik əlaqələrə dair 1961 il Vyana Konvensiyasına (Beynəlxalq konvensiya) görə Nunsi protokol münasibətlərində səfirlər kimi birinci dərəcəli diplomatik nümayəndə hesab olunur.
Bir sıra katolik ölkələrində Nunsilər Etimadnamələrini təqdim etmə tarixlərindən asılı olmayaraq, qeyri-katolik ölkələrində isə yerli praktikadan asılı olaraq diplomatik korpusun duayeni olurlar.