+2 гол-в
116 просмотров
от в категории Cəmiyyət, Siyasət, KİV

Notalar mübadiləsi nədir?

1 Ответ

0 гол-в
от
Diplomatik praktikada diplomatik yazışmanın geniş yayılmış formasıdır. Notalar mübadiləsi ilə dövlətlər özlərinin maraqlarına dair hər hansı beynəlxalq məsələ öz baxışlarını ifadə edirlər. Çox vaxt Notalar mübadiləsi yolu ilə dövlətlər öz aralarında sazişlər imzayırlar. Sazişi təşkil edən eyni məzmunlu notaların (Diplomatik nota) mətni, bir qayda olaraq əvvəlcədən tərəflər tərəfindən ya şifahi mühakirələr, ya da yazışmalar yolu ilə razılaşdırılır. Əgər notalarda hər hansı digər müddət qeyd olunmamışdırsa, belə notaların tarixi sazişin qüvvəyə mindiyi tarixlə eyni olmalıdır Əgər notalar müxtəlif tarixlərlə qeyd olunursa və onlarda sazişin qüvvəyə minməsi haqda tarix göstərılməyıbsə saziş sonuncu notanın alınması tarixindən qüvvəyə minir. Bir qayda olara': belə notalarda göstərilir ki, onlar tərəflər arasında saziş hesab olunurlar Notalar mübadiləsi formasında razılaşmalar çox vax: diplomatik missiyanın səfirliyə çevrilməsi, diplomatik münasibətlərin qurulması, hər hansı müqavilənin fəaliyyəti
nin dayandırılması, xüsusi mülkiyyətin ötürülməsi və s. kimi konkret məsələlərə dair bağlanır. Çox vaxt Notalar mübadiləsi hər hansı bir müqavilənin imzalanması zamanı bu müqavilənin ayrı-ayrı qərarlarını ləğv etmək məqsədilə baş verir. Belə mübadilə imzalanmış əsas müqavilə ilə bağlı məsələlərə dair əlavə razılıqdan ibarət olur.

Похожие вопросы

+1 голос
2 ответов
спросил 05 Окт от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 гол-в
1 ответ
спросил 20 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 гол-в
1 ответ
спросил 17 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 гол-в
1 ответ
спросил 17 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 гол-в
1 ответ
спросил 08 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
...