+1 səs
214 baxış
Şəhər, Ölkə, Coğrafiya bölməsində

Neytral dövlətlər nədir?

3 Cavab

0 səs
 
Dövlətin xüsusi beynəlxalq-hüquqi statusu Beynəlxalq hüquqa əsasən müharibə vaxtı Neytral dövlətlər eventual və daimi Neytral dövlətlərə bölünürlər.
Eventual dedikdə, müharibənin başlanması haqqında müəyyən bir dövlətin, bu müharibədə nə müharibə edən hər hansı dövlət tərəfində, nə də müstəqil olaraq iştirak etməməsi barədə Bəyanatı nəzərdə tutulur. Bu zaman həmin bəyanat yalnız müharibə vaxtı qüvvədədir və istənilən vaxt bəyanat verən tərəf onu birtərəfli olaraq ləğv edə də bilər. Müharibə vaxtı Neytral dövlətlərə aid beynəlxalq hüquqi normalar 5-ci və 17-ci Haaqa konvensiyasında (Haaqa konfransları 1899 və 1907; Beynəlxalq konvensiya; Beynəlxalq konfranslar), o cümlədən, dəniz müharibəsi haqqında hüquqa dair London deklarasiyasında və bəzi digər aktlarda təsbit edilmişdir. Bu sənədlərə müvafiq olaraq, Neytral dövlətlərin ərazisi toxunulmazdır və müharibə meydanına çevrilə bilməz: müharibə edən dövlətlərə bu dövlətin ərazisindən qoşun, silahlı nəqliyyat və s. keçirmək qadağan edilir. Neytral dövlətlərin ərazisində hərbi qurumlarının və birliklərin təşkili qadağan edilir. Neytral dövlətlərin ona qarşı təcavüz olduqda, öz silahlı qüvvələrindən istifadə etmək hüququ vardır.
Daimi Neytral dövlətlər dedikdə dövlətin beynəlxalq hüquqi statusu nəzərdə tutulur. Buna müvafiq olaraq dövlət digər dövlətlərin arasında hərbi münaqişədə iştirak etməməli, hərbi ittifaq və bloklara qoşulmamalı, ərazisində (Dövlətin ərazisi) xarici ölkə qoşunlarının yerləşdirilməsinə və hərbi bazalarının yaradılmasına yol verməməlidir. Daimi Neytral dövlətlərə iri dövlətlər tərəfindən qarant (Beynəlxalq qarantlar) verilə və ya verilməyə bilər. Hazırda İsveçrə, Avstriya, Malta daimi Neytral dövlətlər statusuna malikdir.
İsveç də Neytral dövlətlər siyasəti yürüdür. Lakin onun bu haqda əsasnaməsi heç bır nüfuzlu beynəlxalq təşkilat tərəfindən qəbul olunmayıb.
0 səs
İsveç, Norveç. Panama,Kamboca
0 səs
Heç bir müharibədə iştirak etməyən ölkə. Özünün təhkükəsizdiyin başqa dövlətə verir.
...