+1 səs
141 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Müşahidəçilər kimlərdir?

1 cavab var:

0 səs
Beynəlxalq hökümətlərarası təşkilatların, beynəlxalq konfransların və digər forumların işində məhdud iştirak üçün dövlətlər, beynəlxalq təşkilatlar, milli-azadlıq hərəkatları tərəfindən göndərilən nümayəndələr (təmsilçilər). Tam hüquqlu iştirakçılardan fərqli olaraq, qərarların qəbul edilməsində, işçi orqanların formalaşması və fəaliyyətində, digər məsələlərdə iştirak etmirlər. Lakin müzakirə olunan məsələrlə əlaqədar çıxış etmək və təklif vermək hüququna malik olurlar.
Praktik ehtiyac (tələblər) üzündən təşkilat üzvü olmayan dövlətlər bir sıra beynəlxalq təşkilatların, həmçinin BMT-nin fəaliyyətini izləmək istəyirlər və buna görə də bir çox təşkilatlarda daimi müşahidəçilər institutu formalaşıb.
BMT praktikasına uyğun olaraq daimi Müşahidəçilər və onların missiyalarının əməkdaşları BMT Təhlükəsizlik Şurasının, BMT-nin Baş Məclisinin, onun əsas komitələrinin və BMT-nin digər orqanlarının iclaslarında iştirak edə, öz hökumətlərinin sənədlərini və materiall- larını yaya, BMT orqanlarının sənədlərini ala və istifadə edə bilərlər. 1974 ildən Fələstin Azadlıq Təşkilatı (FAT) BMT BM-nin qərarına əsasən BMT BM-nin və BMT çərçivəsində keçirilən beynəlxalq konfransların işində Müşahidəçilər kimi iştirak edir. 1981 ildən Cənub-Qərbi Afrika təşkilatına da (SVAPO) belə status verilib.
Universal xarakterli beynəlxalq təşkilatlarla münasibətlərdə dövlətlərin nümayəndəliyi haqqında 1975 il Vyana Konvensiyası (Beynəlxalq konvensiya) beynəlxalq təşkilatlarda və konfranslarda daimi Müşahidəçilərnin hüquqi statusunu reqlamentləşdirir. Müşahidəçilərdən BMT-nin hərbi Müşahidəçilər fərqləndirilməlidir.

Oxşar suallar

+2 səs
1 cavab
+1 səs
1 cavab
soruşub 17 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
soruşub 17 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 16 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
...