+1 səs
218 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Müstəmləkə sistemi və onun dağılması

1 cavab var:

0 səs
 
Müstəmləkəçilik - xalqların xarici dövlətlər (metropoliyalar) tərəfindən hərbi-siyasi köləliyə salınmasıdır. iqtisadi cəhətdən istismaretmə sistemi olan müstəmləkəçilik Avropada iri feodal dövlətlərinin yaranması dövründə təşəkkül tapmışdı. XVI-XVII əsrlərdə ilk müstəmləkə imperiyaları İspaniya, Portuqaliya və Niderland olmuşdu. İngiltərə və Fransanın müstəmləkə işğalları XVIII əsrdən başlamışdı.
imperializmin ilkin təşəkkül dövründə müstəmləkələr və yarımmüstəmləkələr xammal, metropoliya mallarının satış bazarları olmaqla bərabər, həm də imperialist inhisarların və bankların sərmayəqoyma yerinə çevrilirdilər.
Dünya kapitalizm sisteminin 1929-1933 illər ümumiqtisadi böhranı imperialistlərarası ziddiyyətləri, ələlxüsus müstəmləkələr üstündə mübarizəni daha da dərinləşdirdi. Hitler Almaniyası, faşist İtaliyası və millitarist Yaponiyası dünyanın yenidən bölüşdürülməsi planlarını hazırlamağa başladılar və bu da 1939-1945 illər ikinci dünya müharibəsinə gətirib çıxardı.
Faşist Almaniyası və onun müttəfiqlərinin müharibədə məğlubiyyəti müstəmləkə xalqlarının milli- azadlıq hərəkatının inkişafına təka- verdi; bu, müstəmləkə sisteminin tənəzzülünün əsasını qoydu.
Asiya, Afrika və Latın Amerikası ölkələrində müstəmləkə sistemi iflasa uğrayırdı. Təkcə 1960 ildə Afrikada 17 ölkə müstəqillik əldə etmişdi.
Müstəmləkə sisteminin kökündən ləğv edilməsi məsələləri BMT-nın fəaliyyətində mühüm yer tutur. Müstəmləkəçiliyə son qoyulmasının vacibliyini bəyan edən Asiya, Afrika və Latın Amerikası dövlətlərinin fəal dəstəyi sayəsində XII. 1960 ildə müstəmləkə ölkələrinə və xalqlarına istiqlaliyyət verilməsinə dair Bəyannamə qəbul edildi. BMT Bəyannaməni tam şəkildə həyata keçirmək üçün 1970 ildə proqram, 1980 ildə isə bu sahəyə dair tədbirlər planı işləyib hazırladı.
Dünya sosializm sisteminin tənəzzülə uğraması ilə bu sistemə daxil olan ölkələr asılılıq buxovlarından azad olaraq əsl dövlət müstəqilliyi və suverenliyi əldə etmişlər.

Oxşar suallar

0 səs
1 cavab
+3 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 15 Apreldə, 20 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
+3 səs
1 cavab
soruşub 09 Fevralda anonim Qanun, Hüquq bölməsində
...