Moratorium (lat. moratorium - təxirə salan, yubadan). Hökumət tərəfindən qəbul olunmuş öhdəliklərin hər hansı fövqəladə hadisələrlə (məs., müharibə, təbii fəlakət və s.) əlaqədar yerinə yetirilməsinin müəyyən müddətə təxirə salınması. 1931 ildə ABŞ-da və Avropada maliyyə böhranının dərinləşməsi ilə əlaqədar ABŞ prezidenti Quver Almaniyanın birinci dünya müharibəsindən sonra ödəməli olduğu təzminata və beynəlxalq dövlət borclarına M. qoymuşdu.
Moratorium, çox vaxt dövlətin müəyyən addımlar atmaqdan imtina etməsini ifadə edir (məsələn, nüvə sınaqlarının keçirilməsinə Moratorium).