+1 голос
420 просмотров
от в категории Cəmiyyət, Siyasət, KİV

Montre konfransı nədir?

1 Ответ

0 гол-в
от
 
Лучший ответ
VI- VII. 1936-ci ildə Montre konfransı İsveçrənin Montre şəhərində keçirilmişdi. Konfrans (Beynəlxalq konfranslar) Türkiyənin təşəbbüsü ilə çağırılmışdı. Konfransın işində İngiltərə, SSRİ, Avstraliya, Fransa, Türkiyə, Bolqarıstan, Yunanıstan, Rumıniya, Yuqoslaviya, Yaponiya iştirak edirdi. Konfrans 1923 il Lozanna konvensiyasında boğazlar haqqında qəbul edilmiş qaydaların dəyişdirilməsi və yeni konvensiyanın qəbul edilməsi üçün çağırılmışdı.
Yeni konvensiyanın əsas müddəaları aşağıdakılardan ibarət idr: Türkiyənin və Qara dəniz dövlətlərinin təhlükəsizliyi çərçivəsində boğazların yeni statusu tanınır; dinc və müharibə şəraitində boğazlarda ticarət gəmilərinin sərbəst üzməsi təmin olunur, boğazlardan hərbi gəmilərin keçməsi üçün aşağıdakı qaydalar müəyyən edilir: a) körfəzdən dinc şəraitdə qeyri Qara dəniz dövlətlərinin yüngül suüstü gəmiləri (8 düymlü kreyser və minada- şıyıcı qayıqlar), həmçinin ümumi su tutumu 15 min ton olan köməkçi qayıqlar keçə bilərdi. Bununla yanaşı eyni vaxtda qeyri Qara dəniz ölkələrinin Qara dənizdə olan gəmilərinin ümumi tutumu 30 min tondan artıq ola bilməzdi və onların burada qalma müddəti üç həftə müəyyən edilirdi. Boğazlardan Qara dəniz dövlətlərinin suüstü gəmiləri və sualtı qayıqları keçə bilərdilər. Onların su tutumu 15 min tondan yuxarı və iki mina daşıyıcı gəmidən çox ola bilməzdi;
b) Türkiyə müharibədə iştirak etmirdisə dinc şəraitdə tətbiq olunan qaydalar öz qüvvəsində qalırdı. Lakin müharibə aparan dövlətlərin gəmilərinin boğazlardan keçməsi qadağan edilirdi. Türkiyə müharibə təhlükəsi qarşısında qalardısa və ya müharibədə iştirak edərdisə boğazlardan keçid Türkiyənin qərarından asılı olurdu. Montre konfransı 1923 il Lozanna konvensiyasını ləğv etdi və yekun sənədi 20.VII. 1936 ildə iştirakçı dövlətlər tərəfindən imzalandı.

Похожие вопросы

+3 гол-в
1 ответ
спросил 16 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 гол-в
1 ответ
спросил 14 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 гол-в
1 ответ
спросил 09 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 гол-в
1 ответ
спросил 16 Апр, 20 от аноним в категории Cəmiyyət, Siyasət, KİV
+2 гол-в
1 ответ
спросил 21 Янв от аноним в категории Cəmiyyət, Siyasət, KİV
...