+1 səs
145 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Minsk qrupu nədir?

2 Cavab

0 səs
 
ATƏT (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi) Nazirlər Şurasının 24.111.1992 ildə qəbul etdiyi qərara əsasən Ermənistan- Azərbaycan münaqişəsinin (Dağlıq Qarabağ problemi) sülh yolu ilə nizamasalınması (Beynəlxalq münaqişələrin sülh yolu ilə həll edilməsi) üçün 11 dövlətdən ibarət yaradılmışdı. Qrupun tərkibinə Azərbaycan, Ermənistan, ABŞ, Rusiya, Fransa, Almaniya, İsveç, İtaliya, Belarus, Türkiyə, Çexiya daxildir. Minsk qrupunun əsas vəzifəsi münaqişəni nizama salmaq məqsədi ilə vasitəçilik etmək, müvafiq sənədlər hazırlamaq və münaqişənin sülh sazişi ilə başa çatdırılması üçün xüsusi Minsk konfransı çağırmaqdır.
0 səs
Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış qurumdur. ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılmışdır. Azərbaycan, Ermənistan, Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveç qrupun üzvləridir.
1994-cü ildə ATƏT-in Budapeşt sammitində həmtəsisçilik institutu yaradıldı və onun ilk həmsədrləri Rusiya və əvvəlcə Finlandiya, sonra isə İsveç oldu.
1996-cı ilin dekabrından onun üç – Rusiya, ABŞ və Fransa həmsədrləri var.
Qrupun əsas vəzifəsi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etməkdir. Bu günə kimi ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə verməmişdir.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 21 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 15 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 14 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
+1 səs
1 cavab
soruşub 21 Yanvarda, 20 anonim Şəxslər, Tarix bölməsində
...