+1 səs
206 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Milli rejim nədir?

1 cavab var:

0 səs
 
Hüquqi rejim növü, dövlətin öz hüquqi və fiziki şəxslərinə (Xaricilər) verdiyi hüquq və üstünlüklərin ərazisindəki xarici hüquqi və fiziki şəxslərə də şamil edilməsi. Bu eyni dərəcədə onların vəzifələrinə də aiddir. Milli rejim həm birtərəfli əsasda, həm də qarşılıqlı əsasda həyata keçirilə bilər. Milli rejim birtərəfli qaydada həyata keçirildikdə, bu dövlətin vətəndaşlarının digər dövlətdə hüquqlarının məhdudlaşdırılmasına cavab olaraq öz qanunçuluğunda cavab məhdudlaşma tədbirlərini nəzərdə tutmalıdır.
Milli rejim məhdudlaşdırılmış və məhdudlaşdırılmamış olur. Xarici fiziki şəxslərə məhdudlaşdırılmamış Milli rejim tətbiq edilməsi nadir hallarda olur; bir qayda olaraq, onlar bu dövlətin vətəndaşlarına məxsus olan bir sıra hüquqlardan (seçilmə hüququ və s.) məhrum olur.
Beynəlxalq müqavilələrin bağlanması təcrübəsinə əsasən Milli rejim, ayrı-ayrı konkret sənədlərdə təsbit olunur. Məs., hüquqi köməklə əlaqədar müqavilələr (xarici vətəndaşların və hüquqi şəxslərin məhkəmələrə sərbəst buraxılması, girovdan azad edilmə və məhkəmə xərclərinin ödənilməsi, varisliklə əlaqədar M.r. və s.); sosial təminatla əlaqədar müqavilələr; vergi ilə əlaqədar razılaşmalar, ticarət, gəmiçiliklə əlaqədar müqavilələr və s.

Oxşar suallar

+3 səs
1 cavab
soruşub 10 Fevralda, 21 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+1 səs
1 cavab
soruşub 18 Yanvarda, 20 anonim Qanun, Hüquq bölməsində
0 səs
1 cavab
soruşub 08 Yanvarda, 21 Əlverişli Rejim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
soruşub 18 Yanvarda, 20 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...