Marşal planı (1947). ikinci Dünya müharibəsindən sonra Avropanın bərpası və inkişafına dair Amerika planı. 05.VI. ABŞ Dövlət katibi C.K. Marşall tərəfindən irəli sürülmüş, IV.1948 ildə qüvvəyə minmişdi. Plana görə 16 Avropa dövləti ABŞ hökumətindən 1948- 1951 illərdə 17 mlrd, dollar yardım almalı idi. Yardımın təqribən 60%-i Böyük Britaniya, Fransa, İtaliya və Qərbi Berlinin payına düşürdü. Marşal planı 1951 ildə həm iqtisadi, həm də hərbi yardımın eyni zamanda göstərilməsini nəzərdə tutan «təhlükəsizliyin qarşılıqlı təminatı» müddəası ilə əvəz olundu.