+3 səs
307 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Lozanna konfransı nədir?

1 cavab var:

+1 səs
 
Türkiyədə imperialist müdaxiləsinin boşa çıxmasından və Kamalçılar inqilabının qələbəsindən sonra Yaxın Şərqdə vəziyyəti nizama salmaq məqsədilə çağırılmış beynəlxalq konfrans; 20.XI. 1922-24.VII. 1923 illərdə İsveçrənin Lozanna şəhərində keçirilmişdi. Əsas məqsədi Türkiyə ilə sülh müqaviləsi (Beynəlxalq müqavilə) bağlamaqdan və Qara dəniz boğazlarının rejimini müəyyənləşdirməkdən ibarət idi. Lozanna konfransının işində Böyük Britaniya, Fransa, İtaliya, Yunanıstan, Rumıniya, Yuqoslaviya və Yaponiya iştirak edirdi. ABŞ müşahidəçi (Müşahidəçilər) sifətilə təmsil olunmuşdu. Antanta dövlətləri Sovet, habelə Bolqarıstan nümayəndə heyətlərinin konfransda iştirakını yalnız boğazlar məsələsinin müzakirəsi ilə məhdudlaşdırmışdılar. Bir sıra əlahiddə (əsasən, iqtisadi) məsələlərin müzakirəsində Albaniya, Belçika, İspaniya, Portuqaliya, Niderland, Norveç və İsveçin nümayəndələri də iştirak edirdi.
Sovet nümayəndə heyəti (birinci mərhələdə ona G.V.Çİçerin (Çiçerin Georgi Vasilyeviç) başçılıq edirdi) konfransda boğazlar məsələsi ilə əlaqədar Qara dəniz sahili ölkələrinin, birinci növbədə Türkiyənin milli mənafeyinə cavab verən layihə irəli sürülmüşdü. Türkiyə nümayəndə heyəti hazırlanmaqda olan sülh müqaviləsinin bir sıra mühüm məsələlərində İngiltərə tərəfindən müdafiə olunacağına ümüd bəsləyərək boğazlar məsələsində Böyük Britaniya nümayəndə heyətinin layihəsini qəbul etməyə hazır olduğunu bildirdi (bu layihə istər dinc dövr, istərsə də Türkiyənin bitərəf (Bitərəflik) qaldığı müharibə dövrləri üçün boğazları bütün ölkələrin hərbi gəmiləri üçün açıq elan edir, boğazların tərksilah olunmasını, onlar üzərində beynəlxalq nəzarət qoyulmasını nəzərdə tuturdu). Lakin başlıca milli mənafeləri nəzərə alınmadığından, Türkiyə Antanta dövlətlərinin hazırladığı müqaviləni imzalamaqdan imtina etdi və 04.11.1923 ildə danışıqlar kəsildi. 23.IV.1923 ildə danışıqlar yenidən başlanarkən Antanta dövlətləri Sovet nümayəndə heyətinə qarşı birbaşa ayrı-seçkilik xətii götürdülər. Lozannaya gəlmiş V.V.Vorovski qanunsuz olaraq nümayəndə heyətinin üzvü hüququndan məhrum edildi; 10.V. isə ağqvardiyaçılar tərəfindən qətlə yetirildi. Lozanna konfransının ikinci mərhələsində də sülh müqaviləsi ilə əlaqədar məsələlərin müzakirəsi başlıca yer tutdu. Antanta dövlətləri bu dəfə Türkiyənin bir sıra haqlı tələbləri ilə hesablaşmalı oldular.
24.VII. imzalanmış sülh müqaviləsi (Böyük Britaniya, Fransa, İtaliya, Yaponiya, Yunanıstan, Rumıniya və Yuqoslaviya ilə Türkiyə arasında bağlanmış və tarixə Lozanna sülh müqaviləsi kimi daxil olmuşdur) Kamalçılar inqilabı nəticəsində yaradılmış müstəqil Türkiyə dövlətinin varlığını təsdiq etdi. Onun yeni (indiki) sərhədlərini müəyyənləşdirdi; türk xalqının milli heysiyyətini alçaldan kapitulyasiya rejimi ləğv olundu. Bununla yanaşı Türkiyə Osmanlı impe
koariyasının borclarının bir hissəsini öd; mək barədə təəh-hüd götürdü.
Lozanna konfransının digər mühüm sənə: olan boğazlara dair konvensiya (Beı nəlxalq konvensiya) (əsasını ingiltəı; təklifi təşkil edirdi) Qara dəniz saf ölkələri üçün qeyri normal şərait yara; dığından, SSRİ onu təsdiq etməc 1936-cı ildə bu sənəd Qara dəniz ölke lərinin mənafeyini nəzərə alan yer konvensiya ilə əvəz olundu.

Oxşar suallar

+1 səs
1 cavab
soruşub 17 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 14 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 09 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 16 Apreldə, 20 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 21 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...