+3 səs
104 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

«Qüvvələr tarazlığı» siyasəti nədir?

1 cavab var:

+1 səs
İri dövlətlər tərəfindən xarici siyasi məqsədlərə çatmaqda tətbiq edilən metodlardan biri; bu siyasət hələ Qədim Romada işlənib hazırlanmış «parçala və hökm sür» (divide et impera) prinsipindən rişələnir. Britaniya imperiyası tarixinin çiçəklənmə dövrünə təsadüf edir. O vaxtlar Britaniya Avropa dövlətləri və ya koalisiya dövlətləri arasında mövcud olan, yaxud təhrikçilik yolu ilə yaradılan ziddiyyətlərdən istifadə edərək beynəlxalq məsələlərdə «arbitr» rolunu oynamağa müvəffəq olurdu. İngiltərə «Avropada tarazlığı» saxlamaq adı altında gah bir, gah da digər dövlətlər qruplaşmasına dəstək qruplaşmanın tərəfində dururdu. Bu cür siyasətin mahimyyətini XIX əsrin məşhur ingilis siyasi xadimi lord Palmer- stonun formulası yaxşı ifadə edir. «Bizim ədəbi müttəfiqlərimiz və əbədi düşüncələrimiz yoxdur. Bizim daimi mənafelərimiz vardır və biz onu güdməliyik».
«Parçala və hökm sür» prinsipi çar Rusiyasının Şərq siyasətində geniş tətbiq edilmişdi. Sovet ittifaqının varisi kimi çıxış edən indiki Rusiya Qafqaz regionu ilə bağlı məsələlərdə öz aparıcı mövqeyini gerçəkləşdirmək üçün həmin siyasətdən bəhrələnir.
XX əsrdə ABŞ da «qüvvələr ta- razlğı» siyasətini tətbiq etməyə başladı. Bu, Amerika hakim dairələrinin Birinci dünya müharibəsi və İkinci dünya müharibəsi zamanı hərəkətlərində özünü büruzə verirdi onlar döyüşən tərəflərin qarşılıqlı şəkildə zəif düşmələri hesabına daha üstün mövqelərə çıxmağa can atırdılar.
«Qüvvələr tarazlığı» siyasəti ilə məşğul olan ABŞ nəzəriyyəçiləri sırasına N.Spaykmanı, «siyasi realizm» deyilən məktəbin nümayəndələri Q.Morgentaunu,
R.Straus-Hyupeni və başqalarını aid etmək olar.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 16 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
+2 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 18 Yanvarda, 20 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
...