+3 səs
129 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Qüdsün statusu

1 cavab var:

0 səs
Fələstinin bölü nməsinə dair BMT Baş Məclisinin 181(11) saylı, 29.XI.1947 il tarixli Qətnaməsi Qüdsün xüsusi beynəlxalq rejimə malik əlahiddə vahid kimi ayrılmasını (Qəyyumluq üzrə Şuranın idarəçiliyi altında) nəzərdə tuturdu.
1948-1949 illər Fələstin müharibəsinin nəticəsi olaraq israil ilə İordaniya arasında bağlanan barışıq haqqında Ümumi sazişə müvafiq olaraq Qüdsün qərb hissəsi israilin, şərq hissəsi isə İordaniyanın nəzarəti altına keçmişdi.
IV. 1950 ildə Qəyyumluq üzrə şura şəhərin statusunu işləyib hazırladı. Status Qüdsdə inzibati hakimiyyət həyata keçirəcək qubernatorun təyr olunmasını nəzərdə tuturdu. 23.I.195C ildə qərbi Qüdsü birtərəfli qaydada oz ölkəsinin paytaxtı elan edən israil hc- kuməti Qüdsün təklif olunan statusunu «həyata keçirilməsi mümkün olmayan iş adlandırdı; israilin ərəb dövlətləri m 1967 il müharibəsi iordan çayının qərr sahilinin və Qüdsün şərq hissəsinin işğalı ilə nəticələndi. Qüdsün işğal olunan hissəsi israil bələdiyyəsinin ıdarə- çiliyinə daxil edildi, ərəblərə məxsus şəhər şurası isə buraxıldı. Qüdsün statusunun pozulması, onun coğrafi, demoqrafik və tarixi xarakterli dəyişmələrə uğraması BMT tərəfindən dəfələr'ə qeyri-qanuni hesab edilmişdi. Bununla belə, israil parlamenti 30.VII.1980 ildə Qüdsün şərq hissəsinin israil dövləti tərəfindən ilhaq olunmasını təsdiqləyən və «birləşmiş Qüdsü» israilin «bölünməz» paytaxtı elan edən qanun çıxardı. BMT Təhlükəsizlik Şurası ozunun 20.VIII.1980 il 478 saylı Qətnaməsində israilin Qüdsün statusunu dəyışdirməyə yönəldilən hərəkətlərini tanımamaq barədə qərar qəbul etdi və Qüdsdə diplomatik nümayəndəlikləri olan dövlətləri öz nümayəndələrini Qüdsdən çıxarmağa çağırdı. Qüdsdə səfirlikləri olan 11 dövlətin hamısı öz nümayəndəliklərini Təl-Əvivə köçürdülər.
israilin Qüdslə bağlı qeyri-qanuni hərəkətləri BMT BM tərəfindən yekdilliklə pislənilmişdi. Bu barədə 15.XII.1980 il, 35/169 E saylı, qətnamənin əleyhinə səs verən yalnız israil olmuşdur.

Oxşar suallar

+3 səs
1 cavab
soruşub 10 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 16 Yanvarda, 21 anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+3 səs
1 cavab
soruşub 15 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
0 səs
2 cavab
soruşub 19 Mayda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
2 cavab
soruşub 28 Martda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...