+3 səs
157 baxış
Şəhər, Ölkə, Coğrafiya bölməsində

Qrenlandiyanın statusu

1 cavab var:

0 səs
XVII əsrdən başlayaraq Qrenlandiya Danimarkanın müstəmləkəsi olub; 1953 il Konstitusiyasına əsasən, Danimarka dövlətinin tərkib hissəsi elan edilmiş və ona Danimarka parlamentində təmsil olunmaq hüququ verilmişdi. 17.XI.1978 ildə parlament Qrenlandiyanın özünüidarəsinə dair kompleks qanun layihələrini bəyənmişdi. 07.IV. 1979 ildə ilk dəfə olaraq yerli parlamentə (landstinq) ümumi seçkilər keçirilmiş və 01.V.1979 ildən etibarən yerli administrasiya (landstüre) öz vəzifələrinin icrasına başlamışdır. Xarici siyasət, müdafiə və valyuta-maliyyə məsələləri Danimarka hökumətinin səlahiyyətində qalırdı.
23.11.1982 ildə Qrenlandiyada Referendum keçirilmiş və iştirakçıların 52% ölkənin Avropa iqtisadi Birliyindən səs vermişdi.
09.IV.1941 ildə ABŞ ilə Danimarka arasında «Qrenlandiyanın müdafiəsi» haqqında saziş imzalandı və ona müvafiq olaraq, ABŞ adada hava bazaları və digər hərbi obyektlərin tikintisini genişləndirdi. 16.V.1945 ildə ABŞ həmin sazişin Danimarka tərəfindən ratifikasiyasına nail oldu, halbuki, faşist Almaniyasının darmadağın olunmasından sonra həmin sənəd qüvvədən düşməli idi. Danimarkanın NATOya üzv olmasından sonra 27.IV.1951 ildə ABŞ onunla «Qrenlandiyanın müdafiəsi» haqqında yeni saziş bağladı və bu saziş Şimali Atlantika müqaviləsinin qüvvədə qaldığı müddət üçün etibarlı sayıldı. Sazişə əsasən, Tul, Syondr, Stryemford və Narssarsuanda üç «müdafiə rayonu» yaradıldı. 1958 ildə Narssarsuandakı baza Danimarkaya verildi. 1951 il sazişinə əsasən, ABŞ hərbi təyyarələri və gəmiləri Qrenlandiyaya maneəsiz daxil olmaq hüququ əldə etdilər.

Oxşar suallar

+3 səs
1 cavab
soruşub 16 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 10 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 15 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
0 səs
4 cavab
soruşub 20 Mayda anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+2 səs
5 cavab
soruşub 18 Apreldə anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
...