+2 səs
52 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Qoşulmamaq siyasəti nədir?

1 cavab var:

+1 səs
ikinci Dünya müharibəsindən sonra imperializmə, müstəmləkəçiliyə və yeni müstəmləkəçiliyə qarşı, sülh və əmin-amanlıq uğrunda, hərbi ittifaq və qruplardan azad, beynəlxalq münasibətlərdə bərabərhüquqlu iştirak uğrunda gedən mübarizədə dünyanın əksər ölkələrinin seçdiyi xarici siyasət xətti; ilk dəfə Cəvahirləl Nehrunun irəli sürdüyü konsepsiyanı - Qoşulmamaq siyasətini, əməli olaraq həyata keçirən müstəqil Hindistan dövləti olmuşdur. Qoşulmamaq siyasətinin prinsiplərinin müstəqillik qazanan ölkələr tərəfindən tezliklə və geniş formada tanınması qoşulmamaq hərəkatının inkişafına gətirib çıxardı. Bu hərəkatın yüksək səviyyəli forumlarında qəbul olunmuş sənədlərdə Qoşulmamaq siyasəti müstəqil siyasət kimi müəyyən olunub təsdiq edilir; bu siyasət dövlətlərin dinc yanaşı yaşamasını təmin etmək və milli-azadlıq hərəkatlarına ardıcıl kömək etmək məqsədi güdərək, «böyük dövlətlər arasında münaqişələr şəraitində qəsdən bağlanmış» hər hansı çoxtərəfli hərbi ittifaqda ölkənin iştirak etməyəcəyini təsdiq edir. Əgər dövlət hər hansı böyük dövlətlə ikitərəfli hərbi sazişə girmiş, yaxud regional müdafiə paktına daxil olmuşdursa, bu saziş və ya pakt, eləcə də həmin dövlətin ərazisində yerləşən xarici hərbi bazalar «böyük dövlətlər arasında olan münaqişələrdən kənarda» qalmalıdır.

Oxşar suallar

+3 səs
1 cavab
+3 səs
1 cavab
+1 səs
1 cavab
+2 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 18 Yanvarda, 20 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...