+3 səs
167 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Qəyyumluq (Protektorat) nədir?

1 cavab var:

0 səs
Havadar, hami mənasında olub, müstəmləkə asılılığı formalarından biridir. Bu halda hər hansı bir dövlət öz xarici əlaqələrinin qurulmasını və ərazisinin müdafiəsini başqa bir dövlətə -protektora həvalə edir.
Beynəlxalq münasibətlər tarixində Qəyyumluq çox vaxt birtərəfli müahidə ilə təsdiqlənir. 1914 ildə Böyük Britaniya Misir üzərində Qəyyumluqunu birtərəfli Bəyannamə ilə rəsmiləşdirmişdi. 1939 ildə Hitler Almaniyası Çexiya və Moraviya üzərində protektorat təcrübəsini həyata keçirmişdi. Qəyyumluq- protektorat müasir beynəlxalq hüququn, ilk növbədə öz müqəddəratını təyin etmənin BMT Nizamnaməsində təsbit olunan prinsip və normalarının pozulmasıdır, müstəmləkə ölkələrinə və xalqlarına müstəqillik verilməsinə dair 1960 il Bəyannaməsi ilə ziddiyyət təşkil edir.

Oxşar suallar

+1 səs
6 cavab
soruşub 12 Oktyabrda, 19 anonim
+1 səs
3 cavab
soruşub 25 Mayda anonim
0 səs
2 cavab
soruşub 19 Mayda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
2 cavab
soruşub 28 Martda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
2 cavab
soruşub 01 Martda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...