+3 səs
136 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Qərbi avropa ittifaqı nədir?

1 cavab var:

0 səs
Hərbi siyasi qruplaşma; 1954 il Paris sazişləri əsasında və 1948 il Brüssel müqaviləsinə (Beynəlxalq müqavilə) uyğun olaraq təsis edilən Qərb ittifaqının yenidən qurulmasının nəticəsi kimi 1955 ildə yaradılıb, ittifaqa Belçika, Böyük Britaniya, İtaliya, Lüksemburq, Niderland, Fransa, Almaniya daxildirlər. Formal olaraq bu ittifaqa silahlanmaya nəzarət etmək funksiyaları həvalə edilmişdi. Əslində isə onun yaradılması 1945 il Berlin (Potsdam) Konfransı qərarlarının pozulması olaraq Almaniya Federativ Respublikasını yenidən hərbiləşdirmək və onu NATO üzvlüyünə cəlb etmək məqsədlərinə xidmət etmişdir.
Qərbi avropa ittifaqının ali orqanı - iştirakçı ölkələrin parlament üzvləri səviyyəsində müntəzəm keçirilən Məclisdir, ittifaqa Şura rəhbərlik edir və xarici işlər nazirlərinin iştirakı ilə vaxtaşırı sessiyalar keçirir.
Əslində ittifaqın fəaliyyəti məşvərətçi xarakter daşıyır, belə ki, ittifaqa üzv ölkələr, həm də NATO və Avropa iqtisadi Birliyinə (Avropa İqtisadi Birlikləri) daxildirlər.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 19 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 16 Yanvarda anonim Şəhər, Ölkə, Coğrafiya bölməsində
+2 səs
1 cavab
soruşub 21 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
soruşub 24 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
soruşub 24 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...