+3 səs
63 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Qəbul edən dövlət

1 cavab var:

0 səs
Diplomatik praktikada və beynəlxalq hüquqda Qəbul edən dövlət ərazisində beynəlxalq konfransların, müşavirələrin, beynəlxalq təşkilat orqanlarının sessiyalarının və başqa tədbirlərin keçirildiyi, beynəlxalq təşkilatın qərargahının və ya xarici dövlət nümayəndəliyin yerləşdiyi dövlətdir. Qəbul edən dövlət termini 1969 il xüsusi missiyalar haqqında Vyana konvensiyasında (Beynəlxalq konvensiya) istifadə edilmişdir. Beynəlxalq müqavilələrdə Qəbul edən dövlət başqa terminlərlə də ifadə olunur, məs., 1961 il Diplomatik əlaqələrə dair Vyana konvensiyasında, 1975 il dövlətlərin universal xarakterli beynəlxalq təşkilatlarda təmsil olunması haqqında Vyana konvensiyasında «olduğu dövlət» terminindən istifadə olunur. Bəzi hallarda diplomatik nümayəndəliyi qəbul edən dövlət «akkreditə edilən (Akkreditə etmək) dövlət», konfrans və ya digər beynəlxalq görüşlərin keçirildiyi dövlət «təşkilatçı dövlət» və ya «dəvət edən dövlət» adlandırılır.
Qəbul edən dövlətin hüquq və vəzifələri yuxarıda qeyd olunmuş 1961, 1975 illər Vyana Konvensiyası kimi çoxtərəfli və ya ikitərəfli müqavilə aktları ilə müəyyənləşdirilir, məs., İsveçrə Federal Şurası ilə Beynəlxalq Elektrik Rabitə İttifaqı arasında sonuncunun isveçrədəki hüquqi statusu ilə bağlı 1971 ıl sazişinə əsasən ikitərəfli müqavilə aktı ilə tənzimlənir.

Oxşar suallar

+2 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 16 Fevralda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
2 cavab
soruşub 20 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+1 səs
1 cavab
soruşub 17 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 09 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...