+3 səs
107 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Qeyri-bərabər hüquqlu müqavilələr nədir?

1 cavab var:

0 səs
Güclü dövlətlərin zəif və asılı ölkələrə qəbul etdirdiyi «sazişlər» Qeyri-bərabər hüquqlu müqavilələrə hər cür zorakı, qəsbkar və son dərəcə ağır şərtlərlə bağlanmış müqavilələr (Beynəlxalq müqavilə) ac edilir; bu kimi müqavilələr tərəflərdə'' birinin suveren (Suverenlik) iradəsinə zidd olur, qarşılıqlı mənfəət prinsipinə və dövlətlərin suveren bərabərliyi prinsipinə cavab vermir.
Müasir beynəlxalq hüquq elm Qeyri-bərabər hüquqlu müqavilələr qanunsuz hesab edir.
Qeyri-bərabər hüquqlu müqavilələrni bağlayan dövlətin istənilən vaxt onun şərtlərini yerinə yetirməkdən imtina etməyə haqqı var.
Ona beynəlxalq hüququn pozulması halı kimi baxmaq olmaz (məs., Yuqoslaviyanın 1925 il Nettun sazişlərini ləğv etməsi, Misirin Böyük Britaniya ilə hərbi ittifaq barədə 1936 il müqaviləsindən, iranın ABŞ-la 1959 ildə imzaladığı müqavilədən, 1921 il Sovet-iran müqaviləsinin 6-cı maddəsindən imtina edilməsi və s.). Qeyri-bərabər hüquqlu müqavilələr tərəflərin razılığı əsasında yenidən baxılaraq ləğv oluna bilər (Panamanın təkidilə kanal haqqında köhnə müqavilənin ləğv olunması və 1977 ildə yeni Amerika- Panama müqaviləsinin bağlanması belə baş verib).

Oxşar suallar

+2 səs
2 cavab
soruşub 19 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 19 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 09 Yanvarda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...