+3 səs
117 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Qeyd-şərt nədir?

1 cavab var:

+1 səs
 
Dövlət tərəfindən çoxtərəfli müqavilənin (Beynəlxalq müqavilə) imzalanması, ratifikasiyası zamanı və ya müqaviləni prinsipcə məqbul hesab edərək ona qoşulduğu zaman müqavilənin hər hansı müddəası ilə razılaş- madıqda müqavilə iştirakçısı olan dövlətin müqavilədən hər hansı maddəni çıxarması, onun mənasını dəyişdirməsi və ya ona müəyyən məna verməsi haqda bildirişdir.
Qeyd-şərt beynəlxalq müqavilə praktikasında olduqca geniş tətbiq olunur və onların sayı beynəlxalq əməkdaşlığın inkişafı və soxtərəfli sazişlərin artması ilə əlaqədar olaraq çoxalır,
Qeyd-şərt etmək hər bir dövlətin suveren hüququdur. Qeyd-şərt etmək üçün müqavilə iştirakçısı olan digər dövlətlərin razılığı tələb olunmur. Q.s. müqavilənin məqsəd və prinsiplərinə zidd olmamalı və onun başlıca məzmununu dəyişdirməməlidir. Qeyd-şərt istənilən an onu edən dövlət tərəfindən ləğv edilə bilər.
Ümumi müəyyən olunmuş qaydaya görə Qeyd-şərt çoxtərəfli müqavilələrə edilir. Bu müqavilələrdə müxtəlif maraqlara malik çoxlu sayda dövlətlər iştirak edir. Belə dövlətlərin müqavilədə iştirakını asanlaşdırmaq üçün onlara xüsusi xarakterli maddələrə Qeyd-şərt etmək hüququ verilir. Bundan başqa ümumilikdə müqavilələrə Qeyd-şərtlər qə mümkündür. Beynəlxalq praktikada hesab edilir ki, ikitərəfli müqaviləyə Qeyd-şərt onun yenidən nəzərdən keçirilməsi haqda təklif deməkdir. Əgər müqavilə iştirakçıları məhdud sayda olarsa, eləcə də məqsəd və prinsiplərinə görə müqavilənin bütün iştirakçılar tərəfindən bütövlükdə tətbiqi tələb edilərsə, (məs., ittifaq müqaviləsi) onda ona Qeyd-şərtlər bütün iştirakçılar tərəfindən qəbul olunmalıdır. Yerdə qalan hallarda iştirakçıların bir hissəsinin Qeyd-şərtə qarşı etirazı Qeyd-şərt etmiş dövlətin müqaviləcfe iştirakına mane olmur. Qeyd-şərt, əgər опг digər iştirakçılar tərəfindən bir il ərzinds etiraz bildirilmədikdə qəbul edilmiş hesab olunur.
Təşkilatın təsis aktına Qeyd-şərt onur müvafiq orqanları tərəfindən qəbü edilməlidir. Qeyd-şərtlərin hüquqi nəticəsi ondan ibarətdir ki, onlar Qeyd-şərt edən ve onu qəbul edən tərəflərin qarşılıq’ münasibətlərində müqaviləyə müvafic dəyişikliklər daxil edir. Ayrı-ayrı iştirakçılar tərəfindən Qeyd-şərtə qarşı etiraz edildikdə Qeyd-şərt edən dövlətlə onların qarşılıqlı münasibətlərində müvafiq maddə tətbiq edilir. Qeyd-şərt yerdə qalan iştirakçıların qarşılıqlı münasibətlərində müddəaları dəyişmir.
Qeyd-şərtlərdən əlavə dövlət müqaviləyə müraciət edir və bu və ya digər müddəaların başa düşüldüyünü ifadə edir. Ona görə də onları interpretasiyalı müraciət adlandırırlar. Qeyd-şərtlərdən fərqli olaraq onlar müqavilənin məzmununu dəyişmir və digər iştirakçıların razılığ tələb olunmur. Ancaq müraciəti qəbui edən dövlətlər üçün məcburidir.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 20 Yanvarda anonim Biznes, Maliyyə bölməsində
+3 səs
2 cavab
soruşub 12 Apreldə anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
2 cavab
soruşub 10 Martda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 03 Martda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
3 cavab
soruşub 25 Fevralda anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...