+3 səs
142 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Qarşılıqlı təhlükəsizliyi təminetmə proqramı nədir?

1 cavab var:

0 səs
 
ABŞ hökuməti tərəfindən xarici dövlətlərə göstərilən hərbi-iqtisadi «yardım» tədbirləri proqramı. Qarşılıqlı şəkildə təhlükəsizliyi təmin etməyə dair 1951 il Qanunu bu yardımı dost ölkələrin «təhlükəsizliyini təmin etmək» və ABŞ-ın «xarici siyasətini dəstəkləmək» məqsədilə ikitərəfli razılaşmalar əsasında həyata keçirməyi nəzərdə tuturdu. Bu köməklik daha çox əvəzsiz subsidiyalar verilməsi, material və mal göndərilməsi şəklində olmalı idi. Yardımın verilmə şərtləri onu alan ölkənin daxili işlərinə ABŞ-ın qarışmasına imkan verirdi. Bu ölkələr öz ərazilərini hərbi bazalar yaradılması üçün ABŞ-ın sərəncamına vermək barədə təəhhüd götürürdülər (Bettl qanunu).
1961 ildən etibarən Qarşılıqlı təhlükəsizliyi təminetmə proqramı Beynəlxalq inkişaf idarəsi tərəfindən həyata keçirilir və xarici yardım qanunu ilə tənzimlənir.
1950-1970 illərdə xarici dövlətlərə göstərilən ABŞ hərbi «yardımlarıwnın ümumi dəyəri 50 mlrd. ABŞ dollarından çox olmuşdur; həm də əvəzsiz hərbi «yardımlar» 39.451 milyon ABŞ dolları, xaricə silah satışı isə 12.934 milyon ABŞ dolları təşkil etmişdir.
ABŞ-ın 1970 ilərdə xarici dövlətlərə hərbi «yardımlarıwnın mütləq həcmi (1971-1975 illərdə hər il 1-4 mlrd. ABŞ dolları, 1976-1981 illərdə 0,3 mlrd. ABŞ dollarından çox olmayıb) durmadan aşağı dıışüb. Eyni vaxtda ABŞ hökumətinin xarici silah satışında böyük artımı olub (ildə 1-2 mlrd. ABŞ dollarından 8-16 mlrd. ABŞ dollarına qədər). Prezident R.Reyqanın dövründə xaricə silah satışı 1982 ildə rekord səviyyəyə qalxıb - 25 mlrd. ABŞ dolları; hərbi «yardım» isə 11 mlrd. ABŞ dollarından çox olub.

Oxşar suallar

+3 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 15 Apreldə, 20 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
+2 səs
1 cavab
soruşub 09 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
...