+3 səs
150 baxış
Cəmiyyət, Siyasət, KİV bölməsində

Qarşılıqlılıq prinsipi nədir?

1 cavab var:

0 səs
Beynəlxalq münasibətlərdə dövlətlərin suveren bərabərliyi prinsipinə əsaslanan beynəlxalq hüquq prinsipidir. Qarşılıqlılıq prinsipinı əsasən dövlətlər bir-birilərinin qanuni maraqlarını, xüsusilə sülhü və beynəlxalq təhlükəsizliyin təmin olunması məsələlərini nəzərə alaraq qarşılıqlı şəkildə bir-birilərinin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməlidirlər, bır-birilərinin daxili işlərinə qarışmaqdan və hücum etməkdən qarşılıqlı şəkildə çəkinməlidirlər, öz münasibətlərini qarşılıqlı səmərə əsasında qurmalıdırlar Qarşılıqlılıq prinsipi beynəlxalq hüquqda hamı tərəfindən qəbul olunmuş prinsipdir və beynəlxalq müqavilələrdə və adətlərdə təsdiq olunmuşdur. Beynəlxalq müqavilələr Qarşılıqlılıq prinsipinə müvafiq olaraq səmərə və öhdəliklərin bərabərhüquqluluğu və qarşılıqlılığı əsasında bağlanır.
Qarşılıqlılıq prinsipi beynəlxalq xüsusi hüquqda geniş yayılmışdır. Burada Qarşılıqlılıq prinsipi dedikdə xarici dövlətin hüquqi və fiziki şəxslərinə (Xaricilər) gəldiyi dövlət tərəfindən müəyyən hüquqların, imtiyazların və üstünlüklərin verilməsidir, lakin o bu şərtlə həyata keçirilir ki, həmin dövlətin hüquqi və fiziki şəxsləri də vətəndaşlarına imtiyazlar və güzəştlər verdiyi xarici dövlətdə eyni hüquqlardan istifadə edə bilsin. Belə hallarda Qarşılıqlılıq prinsipi adətən qanunla və ya beynəlxalq müqavilə ilə müəyyən olunur. Beynəlxalq xüsusi hüquqda iki növ Qarşılıqlılıq prinsipi vardır: 1) maddi Qarşılıqlılıq prinsipi - xarici dövlətin fiziki və hüquqi şəxslərinə, güzəştlər verən dövlətin fiziki və hüquqi şəxslərinin həmin xarici dövlətdə istifadə etdiyi qədər konkret sayda səlahiyyətlərin verilməsi və 2) formal Qarşılıqlılıq prinsipidir (bu ad şərtidir və məfhumun mahiyyətini əks etdirmir) xarici dövlətin fiziki və hüquqi şəxslərinə, güzəştlər verən dövlətin fiziki və hüquqi şəxslərinin həmin xarici dövlətdə yerli qanunlardan irəli gələn səlahiyyətlərdən istifadə edilməsi nəzərə alınmaq şərtilə eyni ölçüdə səlahiyyətlərin verilməsidir.

Oxşar suallar

+2 səs
1 cavab
soruşub 21 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+3 səs
1 cavab
soruşub 16 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
soruşub 09 Yanvarda, 21 anonim Cəmiyyət, Siyasət, KİV bölməsində
+2 səs
1 cavab
...